qısa (gödək)

Lit. shorter than a sparrow’s beak / quite short / scanty / curtailed * короче воробьиного носа (очень короткий)
qısa dalğa
qısa keçmək
OBASTAN VİKİ
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Qısa satış
Qısa şalvar
Qısa şalvarlar (ing. Capri pants) — şortdan daha uzun olan, lakin şalvar qədər uzun deyil.
Qısa köynək
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Qısa bağırsaq sindromu
Qısa bağırsaq sindromu — malabsorbtiv çatmazlığının digər formalarına kəskin bağırsaq keçməzliyi və kor ilgək sindromu aid edilə bilər. Böyükhəcmli Qısa bağırsaq sindromu bağırsağın geniş rezeksiyalarından sonra meydana gələn ağır dərəcəli malabsorbsiyadır (sorulma çatmazlığıdir). Bu sindrom bağırsağın funksional çatmazlığınin elə dərəcəsidir ki, rezeksiyadan sonra qalmış bağırsaq orqanizmə lazım olan miqdarda qida maddələri və suyun sorulmasını təmin etmir və dəstək müalicəsiz yaşama mümükün olmur.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.
Qısa mənzilli ballistik raket
Qısa mənzilli ballistik mərmi mənzili 1000 km və ya daha az olan ballistik raketlərdir. Ayrıca nüvə başlıq daşıya bilmə tutumuna sahibdirlər. Ballistik raketlərin müasir hərbi hərəkatlarında istifadəsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Faşist Almaniyasının 1942-ci ilin sonlarından etibarən inkişaf etdirdiyi V-2 ballistik raketlərinin atası sayılır. Bu mərmilər içlərinə yerləşdirilən primitiv bir avtomatik pilot sisteminin köməyi ilə 800-1000 metr hündürlükdə 500 km/saat sürətlə uça bilirlər və 1000 kq partlayıcı maddə ehtiva edən hərb başlığını 250 km uzaqlığa çatdıra bilirlər.
Sapiens: Bəşəriyyətin qısa tarixi
Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir. Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir. Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır. 30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.
Bri Tannerin ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Bri Tannerın ikinci qısa ömrü
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.
Kiyev Beynəlxalq Qısa Film Festivalı
Kiyev Beynəlxalq Qısa Film Festivalı (ukr. Київський міжнародний фестиваль короткометражних фільмів) – hər il Kiyev şəhərində keçirilən kinofestival. Festivalın məqsədi tamaşaçıları beynəlxalq qısametrajlı filmlərlə tanış etməkdir. Festivalda ən son filmlər, beynəlxalq festivalların qalibləri, qeyri-adi simaların retrospektivləri, müasir və klassik Ukrayna filmləri nümayiş etdirilir. KBQFF həmçinin Ukraynada qısametrajlı filmlərin müxtəlifliyini təmin etmək üçün layihələr və tədbirlər təşkil edir. == Tarix və missiya == Kiyev Beynəlxalq Qısa Film Festivalı üzərində iş 2011-ci ildə başlamış və ilk dəfə 2012-ci ilin yazında keçirilmişdir. Həmin ildən etibarən festival hər il keçirilir. Festival müstəqil, qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır və əsas məqsədi qısametrajlı filmləri təbliğ etməkdir. Festivalın missiyası qısametrajlı filmlər üçün milli və beynəlxalq platformalar hazırlamaqla Ukraynada və xaricdə film istehsalının yeni forma və üsullarını kəşf etməkdir. Proqrama müxtəlif nümayişlər, dərslər və görüşlər də daxildir.
Bri Tannerın ikinci qısa ömrü (roman)
Bri Tannerın ikinci qısa ömrü (ing. The Short Second Life of Bree Tanner) — Alatoran romanlar seriyasın kitabı.